1. 315 dəfə oxunub ,   0 şərh   Çap et

Qüsl dəstəmazı alarkən insanın bir yerinin qanaması və ya ümumi olaraq namaz dəstəmazını pozan halların zühur etməsi vəziyyətində bu, qüslə hər hansı bir maneə törətmir. Ancaq belə bir qüsllə ayrıca dəstəmaz almadan ibadət etmək mümkün deyil. Qüsl almağı zəruri edən hallar bəllidir. Bunlar baş vermədikcə qüslə zərər gəlməz. Ancaq qüsl əsnasında təzyiq olmadan sperma və ya məzi gəldiyi təqdirdə ehtiyatən qüslə yenidən başlamaq yaxşı olardı.




Şərh yaz