1. 847 dəfə oxunub ,   0 şərh   Çap et

Müşriklərin müsəlmanlara olan əzab-əziyyəti gün keçdikcə daha da artırdı. Bu isə müsəlmanların Məkkədə yaşamasını çətinləşdirirdi.

Müsəlmanlara işgəncə edilməklə yanaşı onların malları da qəsb edilir, ibadət etmələrinə mane olurdular. Onları bu məşəqqət və əzab-əziyyətdən qurtarmaq lazım idi. Allah Rəsulu (s.ə.s) ilk çarə olaraq səhabələrin bir qismini Həbəşistana hicrətə yolladı. Amma inanan insanların hamısı hicrət edə bilmirdilər. Məsafə uzaq, həyat şərtləri çətin idi. Rəsulullah (s.ə.s) çıxış yolu olaraq səhabələrin Mədinəyə hicrət etməsində gördü. Səhabələr Allah Rəsulundan (s.ə.s) icazə istəyərək böyüyüb boya-başa çatdıqları, küçələrində oynadıqları, dəyişik imkanlara sahib olduqları Məkkə şəhərini tərk edirdilər. Yalnız çox az sayda kimi-kimsəsi olmayan, fağır, zəif kimsələr və bəzi kölələr qalmışdı.

Rəsulullah (s.ə.s) da hicrət etmək istəyirdi, lakin hamını göndərmək gərəkirdi. Ayrıca Allahdan (c.c.) bununla əlaqəli vəhyin gəlməyini gözləyirdi. Onun (s.ə.s) hicrət edəcəyindən təşvişə düşən Məkkənin iləri gələn inkarcıları və zalimləri Rəsulullahın və müsəlmanların (s.ə.s) başqa yerdə güclənəcəyindən qorxur, Ona mane olmaq üçün çarələr axtarırdılar. Bu məqsədlə müşrik liderlər gecə bir yerə toplanaraq hər qəbilədən bir nəfər olmaq şərtilə Onu (s.ə.s) öldürməyə qərar verdilər. Uca Allah onlarım bu məkrli planını Peyğəmbərimizə (s.ə.s) xəbər verərək Məkkədən ayrılmsını bildirdi.

Rəsulullah (s.ə.s) da hicrət yolçuluğunda təhlükəsizliyini təmin eləmək üçün gizli hərəkət edəcəkdi. Tədbiri əldən buraxmamaq lazım idi. Gizli hicrət etməsinə baxmayaraq müşriklər Ona mane olmaq üçün bütün vasitələrə əl atırdılar. İnsan olaraq səbəblərə riayət eləməli idi və elədi. O (s.ə.s) səbəblərə riayət etməsə də Allahın özünü qoruyacağını bilirdi. Çünki, Allah insanlardan gələcək təhlükələrə qarşı Onu qoruyacağını bildirmişdi.(Maidə, 67) Məsələnin əsas mahiyyəti bu idi ki, Allah Rəsulu (s.ə.s) insanların özünə baxaraq örnək aldıqları rəhbər sayılırdı. Hz. Ömər kimi hicrət eləmiş olsaydı ümməti də eyni yoldan getmək məcburiyyətində qalardı. Bu isə, insanların altından qalxa bilməyəcəyi yükün altında qoymaq sayılardı. Buna görə də O (s.ə.s) ümmətinin ən yavaş hərəkət edənini də nəzərə almalı və işlərini mövcud şəraitə (şərtlərə) görə planlaşdırmalı idi. Buna görə də tədbirdə xətaya yol vermir və səbəblərə riayət eləmək məsələsində ümmətinə ən təsirli dərsi verirdi.




Şərh yaz