2. 251 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنِ ابْنِ عَبَّاسٍ   قَالَ: كَانَ رَسُولُ اللّٰهِ  أَجْوَدَ النَّاسِ، وَكَانَ أَجْوَدُ مَا يَكُونُ في رَمَضَانَ ح۪ينَ يَلْقَاهُ جِبْر۪يلُ، وَكَانَ جِبْر۪يلُ يَلْقَاهُ في كُلِّ لَيْلَةٍ مِنْ رَمَضَانَ فَيُدَارِسُهُ الْقُرْآنَ، فَلَرَسُولُ اللّٰهِ  ح۪ينَ يَلْقَاهُ جِبْر۪يلُ أَجْوَدُ بِالْخَيْرِ مِنَ الرّ۪يحِ الْمُرْسَلَةِ».

İbn Abbas (r.anhumə) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) ən səxavətli insan idi. Onun bu səxavəti ramazan ayı girib Cəbraillə (ə.s.) görüşəndə daha da artardı. Cəbrail (ə.s.) ramazan boyu hər gecə Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlib Quranı ərz edər, onu qarşılıqlı müqabilə edərdilər (oxuyardılar). Rəsulullah (s.ə.s.) həmin günlərdə insanlara rəhmət gətirən küləkdən də səxavətli olurdu”. [Buxari, Savm 7; Müslim, Fədail 48]



Açar sözləri

ramazan ayı

Bənzər məqalələr

Ramazanın hər gününə bir dua

Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:

Orucun ictimai faydaları

Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.

Ramazan orucunun fərz olması və fəziləti

Qəməri təqviminin doqquzuncu ayı ramazan adlanır. Ramazan Müsəlmanların oruc tutmaqla mükəlləf olduğu, dinimizdə uca və müqəddəs sayılan bir aydır. Əvvəlinə şəhr (ay) sözü əlavə olunaraq “شَهْرُ رَمَضَانَ” “şəhri-razaman” (ramazan ayı) şəklində də işlənir.

Oruc ac-susuz qalmaq deyil

Oruc tutan insan bütün pis əməllərdən uzaq olmalıdır. Yəni oruc tumaq yalnız ac-susuz qalmaq demək deyildir. İnsan, xüsusən də, oruc tutanlar bütün üzvlərini günahlardan qorumalı, minalanmış ərazidə gəzirmiş kimi diqqətli olmalıdır. Bir sözlə, o, şeytanın günah oxlarından qorunmaq üçün əlinə, ayağına, başına, qulağına zireh geyməli və onların təsirinə məruz qalmamağa çalışmalıdır.

Ramazan orucunun fərz buyurulması

Ramazan orucu hicrətin ikinci ilində Bədir döyüşündən əvvəl fərz buyurulmuşdur. Peyğəmbərimiz (s.ə.s.) bütün həyatı boyu doqquz il ramazan orucu tutmuşdur və bu müddət yay aylarına təsadüf etmişdir.


Şərh yaz