6. 649 dəfə oxunub ,   2 şərh   Çap et

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَنْ قَامَ رَمَضَانَ إ۪يمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rə­vayət edir:

“Kim qəlbən inanaraq və əvəzini sırf Allahdan umaraq ramazan ayını (təravih və s.) namazla   əhya edərsə (keçirərsə), keçmiş kiçik günahları əfv edilər”. [Buxari, İman 37; Müslim, Salatul-Müsafirin 173]

 عَنْ عَائِشَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «تَحَرَّوْا لَيْلَةَ الْقَدْرِ فِي الْوَتْرِ مِنَ الْعَشْرِ الْأَوَاخِرِ مِنْ رَمَضَانَ»

Həzrəti Aişə (r.anhə) Allah Rəsulunun  (s.ə.s.)  belə buyurduğunu nəql etmişdir:

Qədir gecəsini ramazan ayının son on günündə tək gecələrdə axtarın.” [Buxari, Leylətul-Qədr 3]

 عَنْ عَائِشَةَ  قَالَتْ: كَانَ رَسُولُ اللّٰهِ : «إِذَا دَخَلَ الْعَشْرُ الْأَوَاخِرُ مِنْ رَمَضَانَ أَحْيَا اللَّيْلَ وَأَيْقَظَ أَهْلَهُ وَجَدَّ وَشَدَّ الْمِئْزَرَ»

Həzrəti Aişə (r.anhə) demişdir:

Ramazan ayının son on günü başlayanda Allah Rəsulu (s.ə.s.) gecələri əhya edər, ev əhlini oyadar, ibadətdə olduqca həssas davranardı. [Buxari, Leylətul-Qədr 5; Müslim, Etikaf 7]




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


2 şərh yazılıb
  1. aleyna , 07/07/2015 tarixində, saat 20:07

    salam aleykum oruc tuturam ama ki, teravih namazi qilmiram indi bu son vaxtlari qilsam kecerlidimi ?

    • meneviyyat.az , 08/07/2015 tarixində, saat 05:07

      Bəli qıla bilərsiniz.

Şərh yaz