عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ: خَرَجَ عَلَيْنَا رَسُولُ اللّٰهِ فَقَالَ: «أَلَا تَصُفُّونَ كَمَا تَصُفُّ الْمَلَائِكَةُ عِنْدَ رَبِّهَا؟» فَقُلْنَا: يَا رَسُولَ اللّٰهِ وَكَيْفَ تَصُفُّ الْمَلَائِكَةُ عِنْدَ رَبِّهَا؟ قَالَ: «يُتِمُّونَ الصُّفُوفَ الْأُوَلَ، وَيَتَرَاصُّونَ فِي الصَّفِّ»
Cabir ibn Səmura (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) evindən çıxıb məscidə girdi və bizim yanımıza gələndə:
– Səflərdə mələklərin Allahın hüzurunda dayandığı kimi durmalı deyilsiniz? – buyurdu. Biz:
– Ey Allahın Rəsulu, mələklər Allahın hüzurunda necə səfdə dururlar? – deyə soruşduq. Cavabında Rəsulullah buyurdu:
– Onlar ön səfləri doldurur, səflərdə bir-birinə pərçimlənmiş kimi olduqca sıx dayanırlar”. [Müslim, Salat 119]
عَنْ أَب۪ي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «خَيْرُ صُفوفِ الرِّجَالِ أَوَّلُهَا وَشَرُّهَا آخِرُهَا وَخيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا وَشَرُّهَا أَوَّلُهَا»
Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Kişilər üçün ən xeyirli və qazanclı (mükafatı çox olan) səf ilk səf, ən az fəzilətli səf isə son səfdir. Qadınlar üçün ən xeyirli və üstün səf son səf, ən az fəzilətli səf isə ön səfdir”. [Müslim, Salat 132]
عَنْ أَب۪ي مَسْعُودٍ قَالَ: كَانَ رَسُولُ اللّٰهِ يَمْسَحُ مَنَاكِبَنَا فِي الصَّلَاةِ وَيقُولُ: «اِسْتَوُوا وَلَا تَخْتَلِفُوا فتَخْتَلِفَ قُلُوبُكُمْ، لِيَلِن۪ي مِنْكُمْ أُولُوا الْأَحْلَامِ وَالنُّهٰى ثُمَّ الَّذ۪ينَ يَلُونَهمْ ثُمَّ الَّذ۪ينَ يَلُونَهمْ»
Əbu Məsud (r.a.) rəvayət edir:
“Peyğəmbərimiz (s.ə.s.) namaza hazırlaşarkən əli ilə çiyinlərimizə toxunaraq səflərimizi nizama salar və belə deyərdi: “Səfləri düzgün saxlayın, fərqli-fərqli, ayrı-ayrı durmayın, yoxsa qəlbləriniz ayrı düşər. Dini mövzularda kifayət qədər biliyi olanlar və əqli-səlimlər düz mənim arxamda olan səfdə dursunlar. Sonra gələnlər onların arxasında, daha sonra gələnlər isə daha arxada dursunlar”. [Müslim, Salat 122]
عَنْ أَنَسٍ قَالَ: أُق۪يمَتِ الصَّلَاةُ فَأَقْبَلَ عَلَيْنَا رَسُولُ اللّٰهِ بِوَجْهِهِ فَقَالَ: «أَق۪يمُوا صُفُوفَكُمْ وَتَرَاصُّوا فَإِنّ۪ي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي»
Hz. Ənəs (r.a.) nəql edir:
“Bir gün namaz qılmaq üçün iqamə oxunmuşdu. Allah Rəsulu (s.ə.s.) mübarək üzünü bizə tərəf çevirib buyurdu: “Səfləri dümdüz və sıx edin. Çünki mən sizi arxamdan da görürəm”. [Buxari, Azan 72; Müslim, Salat 125]
İzah: Allah Rəsulunun (s.ə.s.) “Mən sizi arxamdan da görürəm” ifadəsi ilə Ruhu-Muhəmmədiyyənin şəffaflığı nəzərə çatdırılır və Onun (s.ə.s.) arxasında namaza qılan möminlərin tədili-ərkanına və xüşusuna göstərdiyi diqqət vurğulanır.
عَنِ النُّعْمَانِ بْنِ بَش۪يرٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «لَتُسَوُّنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللّٰهُ بَيْنَ وُجُوهِكُمْ»
Ən-Numan ibn Bişr (r.a.) nəql edir:
“Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu eşitdim: “Ya səflərinizi düzəldin, ya da Allah üzünüzü ayrı-ayrı tərəflərə çevirib aranıza təfriqə salar (qəlbən bağlılığınız və ittifaqınız dağılar, ixtilafa düşərsiniz)”. [Buxari, Azan 71; Müslim, Salat 127]
عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «أَق۪يمُوا الصُّفُوفَ وَحَاذُوا بَيْنَ الْمَنَاكِبِ وَسُدُّوا الْخَلَلَ وَل۪ينُوا بِأَيْد۪ي إِخْوَانِكُمْ وَلَا تَذَرُوا فُرُجَاتٍ لِلشَّيْطَانِ وَمَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللّٰهُ وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللّٰهُ»
İbn Ömər (r.anhumə) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Səflərinizi düzəldin. Çiyinlərinizi də eyni səviyyədə saxlayın. Aralıqları və boşluqları doldurun. Səfləri düzəltmək üçün əlinizdən tutub sizi arxa və ya qabağa çəkən qardaşlarınızla mülayim rəftar edin. Səflər arasında şeytan üçün boşluqlar qoymayın. Allah səfləri doldurub gözəl şəkildə səfdə duranlara lütf və ehsanını bəxş etsin. Səfləri tamamlamayanların və səf intizamına zidd hərəkət edənlərin könlünü xoş etməsin”. [Əbu Davud, Salat 93]
عَنْ أَنسٍ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «رُصُّوا صُفُوفَكُمْ وَقَارِبُوا بَيْنَهَا وَحَاذُوا بِالْأَعْناَقِ، فَوَالَّذ۪ي نَفْس۪ي بِيَدِهِ إِنّ۪ي لَأَرٰى الشَّيْطَانَ يَدْخُلُ مِنْ خَلَلِ الصَّفِّ كَأَنَّهَا الْحَذَفُ»
Hz. Ənəs (r.a.) nəql edir:
“Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Səflərinizi daşları bir-birinə pərçimlənmiş divar kimi möhkəm düzün. Onları bir-birinə yaxınlaşdırın. Boyunlarınızı eyni səviyyəyə gətirin. Canım qüdrət əlində olan Allaha and olsun ki, şeytanın (Hazəf adlanan və Yəməndə yaşayan bir növ) tüksüz qara qoyun kimi səflərin boşluqlarından girib-çıxdığını çox yaxşı görürəm”. [Əbu Davud, Salat 93]