Allahım! Peyğəmbərimiz Həzrət Məhəmmədə və Onun əhli-beytinə əngin səlat və rəhmət et. O səlat və rəhmət xatirinə də bizi haradan gələcəyi məlum olmayan qorxulardan və afətlərdən qoru, bütün ehtiyaclarımızı aradan qaldır, günahlardan arındır, dərgahında ən yüksək dərəcələrə pərvazlandır, dünyada da, axirətdə də xeyirli şeylərin ən son qayəsinə çatdır. Ey bütün dua və niyazlara cavab verən Mucib Allah, dualarımızı qəbul buyur!
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.