33. 918 dəfə oxunub ,   3 şərh   Çap et

اَللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمسَيْنَا وَبِكَ نَحْيَا ، وَبِكَ نَمُوتُ ، وَإِلَيْكَ النُّشُورُ اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ الْنُّشُورُ لاَ اِلَهَ اِلاَّ اَنْتَ لاَ شَرِيكَ لَكَ سُبْحَانَكَ اَللَّهُمَّ اَسْتَغْفِرُكَ لِذَنْبِي وَ اَسْأَلُكَ رَحْمَتَكَ اَللَّهُمَّ زِدْنِي عِلْماً وَ لاَ تُزِغْ قَلْبِي بَعْدَ اِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ اَنْتَ الْوَهَّابُ

 “Allahım, Sənin təqdirinlə səhərə çıxır, sənin inayətinlə axşama çatırıq. Sənin inayətinlə yaşayıb Sənin inayətinlə ölürük və dönüşümüz Sənədir. Həmd-səna ruhumuzu aldıqdan sonra bizi dirildən Allaha məxsusdur, dönüş Onadır. Allahım! Səndən başqa ilah yoxdur Sən (Sənə yaraşmayan şeylərdən), bütün eyib və nöqsanlardan uzaqsan, günahlarımı bağışla, mənə mərhəmət et. Allahım elmimi artır, məni doğru yola yönəltdikdən sonra qəlbimə şəkk-şübhə (azğınlıq) salma! Mənə öz tərəfindən bir mərhəmət bəxş et. Çünki Sən, həqiqətən, bəndələrinə nemət bəxş edənlərin ən səxavətlisisən”.[1]

 أَصْبَحْنَا وَ أَصْبَحَ الْمُلْكُ لِلَّهِ ، و َالحَمْدُ لِلَّهِ ، لَا إِلَهَ إلَّااللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَ لَهُ الحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَئٍ قَدِيرٌ ، رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِي هَاذَا الْيَوْمِ  وَخَيْرَ مَا بَعْدَهُ ، وَ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِي هَاذَا الْيَوْمِ وَ شَرِّ مَا بَعْدَهُ ، رَبِّ أَعُوذُ بِكَ مِنْ اَلْكَسَلِ ، وَ سُوءِ الْكِبَرِ ، رَبِّ أعُوذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَ عَذَابٍ فِي الْقَبْرِ

 “Biz və bütün kainat Allaha aid olaraq səhərə çıxdıq.[2]  Həmd-səna Allaha məxsusdur. Allahdan başqa ilah yoxdur. O, birdir və şəriki, bənzəri yoxdur. Mülk (hakimiyyət) Onun və həmd-səna Onadır. O, hər şeyə qadirdir. Ey Rəbbim! Sən­dən bu günün və bu gündən sonrakı (günlərin) xeyrini istəyir, bu günün şərindən və bu gündən sonrakı (günlərin) şərindən Sənə sığınıram.[3] Allahım! Tənbəllikdən, xərifləmək dərəcəsində qocalıqdan və acizlikdən, Cəhənnəm odundan və qəbir əzabından sənə sığınıram”.[4]

اَللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْياَ ،
وَبِكَ نَمُوتُ ، وَإِلَيْكَ النُّشُورُ

 “Allahım! Sənin inayətinlə səhərə çıxdıq və iradənlə axşama çatdıq.[5] Sənin iradənlə var olur və Sənin iradənlə də ölürük. (Ölümdən sonra) dönüşümüz Sənədir”.[6]


[1] Əbu Davud, Ədəb 108

[2] Axşam olanda “Biz və bütün kainat Allaha aid olaraq axşama çatdıq” deyilir.

[3] Axşam olanda “Ey Rəbbim! Səndən bu gecənin və bu gecədən sonrakı (gecələrin) xeyrini istəyir, bu gecənin şərindən və bu gecədən sonrakı (gecələrin) şərindən Sənə sığınıram” deyilir

[4]. Müslim, Zikir 74-75; Tirmizi, Daavat 13; Ebu Davud, Edeb 110

[5] Axşam olanda “Allahım! Sənin inayətinlə axşama çatdıq və iradənlə səhərə çıxdıq. Sənin iradənlə var olur və Sənin iradənlə də ölürük. (Ölümdən sonra) dönüşümüz Sənədir” deyilir.

[6] Tirmizi, Dəavat 13




Bənzər məqalələr

Yuxudan oyanarkən oxunan dualar

Allaha həmd və şükürlər olsun”

Yuxudan oyandıqda edilən zikr

الْحَمْدُ للهِ الَّذِي أَحْـيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ    [Əlhəmdulilləhil-ləzi əhyanə bə’də mə əmatənə və ileyhin-nuşur.] Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayı­dış Onadır.[1] [1] Fəthul-Bari, 11/113; Muslim, 4/2083.


3 şərh yazılıb
  1. Nara , 23/05/2014 tarixində, saat 10:05

    Çox sağ olun! Necə də gözəldir!

  2. zehra balasi , 08/11/2015 tarixində, saat 05:11

    cox sagolun allah razi olsun duani oxudum

  3. fezail , 14/12/2015 tarixində, saat 04:12

    ALLAHIM SENE HEMD VE SUKURLER OLSUN.
    AMIN.

Şərh yaz