91. 357 dəfə oxunub ,   3 şərh   Çap et

Sual: Mənim sinfimizdəki bir qızdan xoşum gəlməyə başladı. Lakin onunla heç vaxt danışmamışam. Onu cəmi bir neçə dəfə görmüşəm. Görəsən onu Rəbbimdən istəmək və ya onu mənə nəsib eləsin deyə dua etmək doğrudurmu?

Cavab: Sevmək insani bir duyğudur. Buna görə də bir insanın kiməsə qarşı sevgi hiss etməsi günah sayılmır. Günah sayılan həddini aşmaq, yalnış yollara əl atmaqdır. Allah (c.c) sevgini insanın daxilinə yerləşdirmişdir.

Hər şeyin bir həddi-hüdudu və qaydaları olduğu kimi, sevginin də özünəxas qaydaları vardır. Hər insan sevə bilər. Lakin sevgi vaxtında olsa daha gözəldir. Bəzən elə olur ki, hissləri ilə hərəkət edib, bir zamanlar onsuz yaşaya bilmədiyini zənn edən biri, sonunda öz sevgilisi ilə məhkəmə salonlarında görüşməli olur. Bu da hisslərlə verilən, ağılla düşünülməmiş qərarların sonu…

Hər nə qədər könül fərman dinləməsə də, dininə bağlı və təqvalı olan bir gənc hər zaman iffətini qorumağı bacarmalıdır. Bu sərhədləri qoruduqdan sonra insanın özü üçün Allahdan xeyirlisini istəməsi daha yaxşı olar.

İnsan olaraq nəyin bizim üçün daha xeyirli olduğunu məhdud ağlımızla tam dərk edə bilmirik. Buna görə də, bu məsələlərdə xəyallara qapılmadan, bir möminə yaraşan şəkildə hərəkət etməliyik. Bəzən belə məsələlərdə insanın hissləri sərhəd tanımaq istəmir. Çox vaxt saf duyğularla başlayan sevgilər tədricən zədələnməyə, əvvəlki saflığını itirməyə başlayır. Buna görə də, həmin məsələ haqqında qəti qərara gəlmək və bunu ailələrə bildirmək daha yaxşı olar.

Allah sevgisi bütün sevgilərdən fərqlidir. Daha çox təsəvvüfçülərin bəhs etdiyi ilahi eşq Allah sevgisinin ən son mərtəbəsidir. Bu eşqə düçar olan insan çox vaxt başqaları tərəfindən dəli, məcnun adlandırılır. Bu eşqlə yanan insan üçün dünyəvi olan hər şey – evi, ailəsi, uşaqları, dostları qısacası dediyimiz kimi dünya və içindəkiləri tərk edir. Çünki aşiq olanın gözündə sevgilidən başqası yoxdur. Təsəvvüf əhlinə görə dünyanın yaranma səbəbi eşq olduğu kimi, onun yaşama səbəbi də eşqdir.

İnsan bu iki sevgidən hansına tutulursa tutulsun ciddi bir imtahan qarşısındadır. Bu vəziyətdə olan birinin duyğularına sahib çıxması, iffət və şərəfini qoruması lazımdır.

O qız haqqında əgər sizin üçün xeyirlisi odursa onu sizə nəsib etsin (və ya qəlbiniz ona meyl etsin) deyə Allaha dua edə bilərsiniz. Ancaq sizi tanıyan və xeyrinizi istəyən insanlarla məşvərət etsəniz bu sizin üçün daha yaxşı olar. Əgər  hələ evlənmək fikriniz yoxdursa bu məsələdə səbir etməyiniz duadan daha xeyirlidir. O qız sizin üçün uyğun ola biləcəyi kimi olmaya da bilər. Hətta başınıza bəla da ola bilər. Buna görə də nəyin haqqımızda xeyirli, nəyin də zərərli olduğunu bilmədiyimizə görə, Allahdan haqqımızda xeyirlisini istəməliyik. Nəyin xeyir, nəyin şər olduğunu dəqiq bilmədiyimiz üçün belə vəziyyətlərdə israr etməməliyik. Yoxsa əksinə israrla istədiyimiz şeyin cəzasını çəkməyə məcbur olar, onunla imtahan oluna bilərik. Bir kimsəylə evlənmək, varlı olmaq, bir vəzifəyə təyin olunmaq kimi şeylər imtahan səbəblərindən bəziləridir.



Açar sözləri

dua sevgi

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


3 şərh yazılıb
  1. Əsmər , 03/10/2020 tarixində, saat 21:10

    Salam. Mən sevgilimlə 1 aydır ki ayrılmışıq. Onun xasiyyəti eyni hava praqnozu kimi dəyişgəndi. Biz 2 ildir ki sevgiliyik. Ve 2 ildə 6 defe dirki ayrılırq. Buna sebeb onun ailəsidir. Mən necə dua edim ki sevdiyim mənə geri gəlsin. Və məni çox sevsin.

    • meneviyyat.az , 19/10/2020 tarixində, saat 09:10

      Salam. Sizə psixoloji yardım almağı tövsiyə edirik. Cütlük və ya yetkinlərlə işləyən psixoloq bu mövzuda sizə kömək edə bilər.

  2. meneviyyat.az , 19/10/2020 tarixində, saat 09:10

    Salam. Bununla bağlı psixoloji yardım almağınızı tövsiyə edirik.

Şərh yaz