5. 906 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ سَعْدِ بْنِ أَب۪ي وَقَّاصٍ  قَالَ: خَرَجْنَا مَعَ رَسُولِ اللّٰهِ  مِنْ مَكَّةَ نُر۪يدُ الْمَد۪ينَةَ فَلَمَّا كُنَّا قَر۪يبًا مِنْ عَزْوَرَاءَ نَزَلَ ثُمَّ رَفَعَ يَدَيْهِ فَدَعَا اللّٰهَ سَاعَةً، ثُمَّ خَرَّ سَاجِدًا فمَكَثَ طَو۪يلاً، ثُمَّ قامَ فَرَفَعَ يَدَيْهِ سَاعَةً، ثُمَّ خَرَّ سَاجِدًا فَعَلَهُ ثَلَاثًا وَقَالَ: إِنّ۪ي سَأَلْتُ رَبّ۪ي وَشَفَعْتُ لِأُمَّت۪ي فَأَعْطَانيِ ثُلُثَ أُمَّتيِ فَخَرِرْتُ سَاجِدًا لِرَبّ۪ي شُكْرًا، ثُمَّ رَفَعْتُ رَأْس۪ي فَسَأَلْتُ رَبّ۪ي لِأُمَّتيِ فَأَعْطَان۪ي ثُلُثَ أُمَّتيِ فَخَرِرْتُ سَاجِدًا لِرَبّ۪ي شُكْرًا، ثُمَّ رَفَعْتُ رَأْس۪ي فَسَأَلْتُ رَبّ۪ي لِأُمَّتيِ فَأَعْطَانِي الثُّلُثَ الْآخِرَ فَخَرِرْتُ سَاجِدًا لِرَبِّي»

Sad ibn Əbi Vaqqas (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) ilə birlikdə Mədinəyə qayıtmaq üçün Mək­kədən yola çıxmışdıq. Azvarə adlı yerin yaxınlığına çatanda Pey­ğəmbərimiz (s.ə.s.) miniyindən düşdü. Sonra əllərini qaldırıb bir müddət dua etdi. Ardınca səcdə etdi və uzun müddət başını səc­dədən qaldırmadı. Sonra ayağa qalxdı, təkrar əllərini qaldırıb bir müddət yenə dua etdi və səcdə etdi. Bunu üç dəfə təkrarladı. Sonra bizə buyurdu:

– Rəbbimə dua edib ümmətim üçün şəfaət dilədim; O da ümmətimin üçdə birini mənə bağışladı. Buna görə də Rəbbimə şükür səcdəsi etdim. Sonra başımı səcdədən qaldırıb təkrar Rəb­bim­dən ümmətimin bağışlamasını istədim. O, ümmətimin üçdə birini də bağışladı. Mən də Rəbbimin bu lütfünə müqabil şükür səcdəsi etdim. Yenə sonuncu dəfə başımı qaldırıb Rəbbimdən ümmətimə əfv dilədim. O da mənim üçün qalan son üçdə biri də bağışladı. Mən də belə bir müjdəyə görə şükür səcdəsi etdim”. [Əbu Davud, Cihad 152]




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz