19. 380 dəfə oxunub ,   1 şərh   Çap et

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

(Tirmizi, Dəavat, 36, İstizan, 57; Hakim, Müstədrək, I, 721)

Dua insan övladının varlıq səbəbidir. Çünki Rəbbimiz: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” – (“Furqan” surəsi, 25/77) buyurmuş və bəndənin dəyərinin dua ilə ölçüldüyünü xəbər vermişdir.

Dua bir çağırışdır. Aciz qulun hər şeyə qüdrəti çatan Zatdan yardım və sığınma diləməsidir. Dua edən bilir ki, Biri var və onun istəklərini eşidir, ona cavab verir. Anasına sığınan bir uşaq kimi qul da Allahın hifzi, inayəti və qüdrətinə sığınır. Doğru və rahat yol olan bu acizlik şüuru insanı Allah sevgisinə aparır.

Qul dua ilə qəflətdən uzaq olur. Qul davranışı, sözü, qəlbi və duası ilə hər zaman Allahla bir olduğunu dərk edir, qəlbən hüzura qovuşur. Xalq içində Haqla bir olmaqdan zövq alır. Bu baxımdan dua bir sipərə dönüb bizi Allahı unutduran lüzumsuz şeylərdən qoruyur. Dua bizi dünyaya, maddiyyata həddən artıq bağlanmaqdan, qafilləşib Allahdan uzaqlaşmaqdan çəkindirir. Dua Allaha yönəlmək və Onun hər an yanımızda olduğunu dərk etməkdir.

İslam həyatın hər anını dua ilə əhatə etmişdir. Mömin ən sadə gündəlik işlərində belə Allaha dua edir. Güzgüyə baxanda, təzə paltar geyinəndə, evdən çıxanda, evə girəndə və bazara gedəndə edilən dualar unudulmamalıdır. Çünki Peyğəmbərimiz bizə bu cür dua ilə yaşamağı tövsiyə edir.

Dükan-bazarda dünya malları satılır, dünyəvilik hakim olur. Ona görə də belə yerlərə gedərkən insan özünü qaydaya salmalı və Allahı xatırlamalıdır. Bu səbəbdən də Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yuxarıda qeyd edilən duanı oxunmağı tövsiyə etmiş, bu duanın mükafatını da müjdələmişdir. Sözügedən hədisin sonu bəzi rəvayətlərdə “Və ona cənnətdə bir köşk verər” cümləsi ilə verilir. (Hakim, Müstədrək, 1/721)

Peyğəmbərimiz bazarda olarkən bu duanı oxumağı da unutmazdı:

بِسْمِ اللَّهِ اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ السُّوقِ وَ خَيْرِ مَا فِيهَا وَ أَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَ شَرِّ مَا فِيهَا، اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُصِيبَ فِيهَا يَمِيناً فَاجِرَةً أَوْ صَفْقَةً خَاسِرَةُ

“Allahın adı ilə… Allahım, Səndən bu bazarın və bazarda olanların xeyrini diləyirəm. Bazarın və bazarda olanların şərindən Sənə sığınıram. Allahım, bazarda yalan andla aldadılmaqdan və ya zərərə düşməkdən Sənə sığınaram”. (Hakim, Müstədrək, 1/723; Təbərani, Mücəmül-övsat, 5 / 354)

Peyğəmbərimiz bir dəfə Həzrət Əliyə xitabən: “Sənə bəzi sözləri öyrədəcəyəm. Sabir dağı qədər borcun da olsa, Uca Allah səni o borcdan qurtarar”, – demiş və sonra bu duanı oxumağı məsləhət görmüşdür:

اَللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ وَ أَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ

“Allahım məni verəcəyin halal ruzi ilə haramdan qoru və fəzlü kərəminlə Səndən başqasına möhtac etmə”. (bax: Tirmizi, Dəavat, 110)

Ənəs ibn Malik (radiyalalhu anh) Allah Rəsulunun əkinçilik və ticarətlə məşğul olan mədinəlilərə belə dua etdiyini bildirir: “Allahım, onların ölçülərini, çəkilərini, hər cür alış-verişlərini, işlərini xeyirli və bərəkətli et”. (Buxari, Dəavat, 35; Müslim, Həcc, 462)

Osmanlı zamanında İstanbul Qapalıçarşı quşluq vaxtı dua ilə açılır və dua mərasimi duaçı adlandırılan bölükbaşı tərəfindən edilirdi. “Buyurun, duaya” çağırışı ilə bazarın   ortasında toplanan ticarətçilər və əhali dövrün sultanı və ordunun salamatlığı üçün, keçmiş bölükbaşı və ticarətçilərin ruhuna niyaz edib “Salatən tuncina” duasını oxuyurdular. Duanın ardınca bölükbaşı dəllallara xitabən “müştərilər aldadılmayacaq, möhtəkirlik edilməyəcək, kəfilsiz mal alınıb satılmayacaq” deyə nəsihət edərdi.

Bəli, iş və ticarətimizin bərəkətlənməsi, günahlardan qorunmaq üçün iş yerlərimizi dua ilə açmalı, günümüzü dua ilə bəzəməli və axşam evə də dua ilə dönməliyik.

Bəhsimizi bu gözəl dua ilə bitirək:

 “Ey Uca Rəbbimiz, bizə dolanışığımızı təmin etmək və halal ruzi qazanmaq üçün gözəl bir iş günü də lütf etdin. Verdiyin bu qədər nemət və sağlamlığa həmd olsun.

Ya Rəbb! Bizə “Dürüst ticarətçi qiyamətdə peyğəmbərlər, şəhidlər və siddiqlərlə bərabərdir” müjdəsinə layiq olmağı, heç vaxt düzlükdən, doğruluqdan uzaqlaşmamağı nəsib et. Ticarətimiz, alış-verişimiz daim düzgün olsun. Biz halal ruzi yolundayıq. Haram yeməkdən, qazancımıza haram qarışdırmaqdan bizləri hifz et. Kimsəni aldatmadan qazancımızı bərəkətli et. İsrafdan, xəsislikdən, acizlikdən, tənbəllikdən, əxlaqsızlıqdan, həddi aşmaqdan, azğınlıqdan Sənə sığınırıq. Bizi nəfsinə aldanıb pislik edənlərdən etmə. İşlərimizi asanlaşdır, çətinləşdirmə.

Ya Rəbb! Qazancımıza bərəkət ver. Qazanacağımız mal və sərvəti Sənin razı olduğun yerlərdə israfa yol vermədən özümüz, ailəmiz və insanlar üçün ən xeyirli şəkildə dəyərləndirməyi nəsib elə. Mal və mülkümüzü, iş yerimizi, və canımızı hər cür bəladan, yanğından, soyğunçuluqdan və bu kimi digər təhlükələrdən mühafizə eylə. Amin.



Açar sözləri

dua ticarət

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


1 şərh yazılıb
  1. Kerim Babayev , 27/04/2015 tarixində, saat 07:04

    Allah Sizdən razı olsun. Çox ehtiyacım var idi bu yazıya

Şərh yaz