849 dəfə oxunub ,   0 şərh   Çap et

إِنَّمَا النَّجْوٰى مِنَ الشَّيْطَانِ

Gizli danışmalar (pıçıldaşmalar) Şeytan tərəfindən təlqin edilir! {“Mücadilə” surəsi, 58/10}

 عَنِ ابْنِ عُمَرَ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِذَا كَانُوا ثَلَاثَةً، فَلَا يَتَنَاجٰى اثْنَانِ دُونَ الثَّالِثِ»

İbn Ömərin (r.anhumə) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Üç adam birlikdə olarkən ikisi bir kənara çəkilib bir-biri ilə pıçıltı ilə danışmasın”. [Buxari, İstizan 45; Müslim, Salam 36]

 عَنِ ابْنِ مَسْعُودٍ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «إِذَا كُنْتُمْ ثَلَاثَةً فَلَا يَتَنَاجٰى اثْنَانِ دُونَ الْآخَرِ حَتّٰى تَخْتَلِطُوا بِالنَّاسِ مِنْ أَجْلِ أَنَّ ذٰلِكَ يَحْزُنُهُ».

İbn Məsud (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

“Üç adam birlikdə olanda ikisi camaata qarışıb gözdən itənə qədər bir-biri ilə pıçıldaşmasın. Çünki üçüncü şəxs onların bu davranışından inciyər”. (Buxari, İstizan 47;  Müslim, Salam 37)




Şərh yaz