3. 188 dəfə oxunub ,   0 şərh   Çap et

“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli  şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.

Əgər valideynlər örtülü qapının arxasında səs-küylə mübahisə etsələr, uşaqlar ətrafda gördükləri və eşitdikləri pis örnəklər səbəbilə bu hadisələri yanlış və mənfi qiymətləndirə bilərlər. Evdə problem olduğunu düşünüb narahat olarlar. Yetkinləşmə dövründə və gələcəkdə “zənn etdikləri” bu davranışları təqlid edərlər.

Yaxşı bəs sizcə, evdə nələr baş verdi?

Səslər yüksəldi, nalayiq sözlər deyildi, təhqirlər edildi. Və təhdidlər…

Bəzən daha da gərginləşən mübahisələr nəticəsində boşanma söhbətləri gedir. Zorakılıq halları üçün şərait yaranır.

Amma görəsən, necə? Bu cür problemlərin yaşandığı evdə necə uşaq yetişdirmək olar? Məsələnin mahiyyəti məhz bundadır:

İnsanlar 16 yaşına qədər davranışları təqlid edərək öyrənirlər. Bu yaşdan sonra öyrəndiklərini süzgəcdən keçirməyə başlayırlar. Əgər bunu evdəkilərdən  öyrənməsə, kənarda öyrənməyə başlayar ki, fırıldaqçılıq, şantaj və təhdidi münasibət qurma vasitəsi kimi mənimsəyir ki, bunun nəticəsi də məlumdur. Cəmiyyətimizə nəzər saldıqda bunu anlamaq o qədər də çətin deyil.

Uşaqlar tərbiyəni, nəzakəti, fəziləti əvvəlcə valideynlərində görürlər. Onlar mübahisə zamanı hörmət etməyi, qarşılıqlı anlayışı, alicənablığı öyrənirlər. Haqlı olanın haqqını necə tələb etdiyini, haqsız olanın isə haqsız olduğunu necə etiraf etdiyini müşahidə edirlər.

Buna görə də nə qədər əsəbi olsaq da uşaqların yanında mübahisədən çəkinməyə çalışmalıyıq. Çünki, bizim “uşaqdı da nolacaq” deyə düşünməyimiz həmin uşağın gələcək həyatına mənfi təsirlər göstərə, onun beynində silinməz izlər buraxa bilər. Ailə həyatında insan olaraq əsəbi və gərgin olduğumuz, həyat yoldaşımızın nazını çəkə bilmədiyimiz və ya hər hansı anlaşılmazlığın olduğu məqamlarla qarşılaşa bilərik. Bunu mübahisə həddinə gətirib çıxarmamağa, kiçik bir qığılcımı böyüyərək alova çevrməməyə çalışmalı, ortaya çıxan problemi danışaraq həll etməyə çalışmalıyıq. Unutmamalıyıq ki, əsəbi olduğumuz zaman verilən hər hansı qərar həm özümüzə, həm də ailəmizə xüsusilə də övladlarımıza zərər verə bilər.

Bir xüsusu da yaddan çıxarmamalıyıq ki, uşaqların gələcək həyatı onların valideynlərindən gördüklərinə, daha doğrusu nümunə götürdüklərinə uyğun formalaşır. Böyüyəndən sonra onlar valideynlərində müşahidə etdiklərini öz ailələrinə tətbiq etməyə çalışırlar. Səbəb hər nə olursa olsun uşaqların yanında mübahisədən çəkinməli və uzaq durmalıyıq.

***



Açar sözləri

aile mübahisə uşaq valideyn

Bənzər məqalələr

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Yersiz mübahisələr və boşanma

İnsan, cavanlıq dövründə ailə içi bir problemlə qarşılaşınca dərhal “ən asan və alternativ” çıxış yolunu boşanmaq olaraq görür. “Boşanar və təkrar evlənərəm” deyə fikirləşir. Belə məqamlarda insanın əzəli və əbədi düşməni olan şeytan da boş dayanmır. Buna görə də ailədə hər kəs özünə baxmalı, öz xəta və nöqsanlarını düzəltməyə çalışmalıdır. Ailədaxili problemə görə boşanaraq başqası ilə evlənmək məsələnin tam həlli deyil. Çünki ikinci evlilikdə problem yaşmayacağımıza kimsə təminat verə bilməz.


Şərh yaz