Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) uşaqlarla əlaqədar məsələlərə çox ciddi yanaşardı. Onu qarşılamağa gələn uşaqlara böyük adamlar kimi iltifat göstərər, kimini boynuna, kimini qucağına alar, hamısı ilə eyni cür rəftar edərək könüllərini xoş tutardı.
Bəzən bir küçədən keçən uşaqların oyun oynadığını görən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onları ruhlandırar və: “Əs-salamu əleyküm,” – deyə salam verərdi. Onlar da: “Və əleyküm salam, ya Rəsulallah!”[1]– deyib salamını alardılar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) uşaqlara böyük dəyər verərdi. Əgər bir uşağa: “Sənə filan vaxtda filan şeyi verəcəyəm,” – deyə bir şey boyun olmuşdusa, böyük bir adamla sözləşibmiş kimi, həmin vaxt gələndə sözünü mütləq yerinə yetirərdi.
Etimad və etibar hissi aşılamaq
İnsanlığa yaraşmayan utancverici fikirlərdən biri də “Heç atana da etibar eləmə!” fəlsəfəsidir. Allah Rəsulu (s.a.s.) daima insanlara etimad hissini aşılayardı. Uşaqlar Onda etimaddan, inamdan başqa bir şey görməmişdilər. O, hər kəs kimi, uşaqların gözündə də etibarlı bir insan idi… Elə bu cür fərdlərdən təşəkkül tapan bir millət də etibar və etimad timsalı olacaqdı.
Eyni zamanda, Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Allah, uşağına mərhəmət etməyənə rəhm etməz,”[2] – buyuraraq ümmətini könül insanı olmağa çağırırdı. “Onları sevin, onlara söz verəndə mütləq yerinə yetirin. Onlar sizin sözlərinizlə davranışlarınız arasında ziddiyyət görməsinlər, belə bir təzada şahid olmasınlar” məallı tövsiyələri ilə tərbiyədə ən ideal nöqtələrə işarə edirdi.
Yenə İmamiyyə mənbəli bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Kim uşağına bir şey vəd etsə, mütləq yerinə yetirsin”, – buyurur ki, bu da “uşaqdır, yalan desəm, aldatsam da, bir şey olmaz” düşüncəsinin nə qədər yanlış olduğunu açıq-aydın göstərir.
Bəli, hər bir yalan hərəkət və söz bir toxum olub onun yaddaşına düşür. Bu gün olmasa da, sabah bir zəqqum ağacı kimi baş qaldıracaq və səyləriniz bir nəticə verməyəcək. Ana-ata hər zaman müstəqim (düzgün, doğru istiqamətdə) olmalıdır. Çünki sirati-müstəqim (doğru yol) yolçusu olan sizlərin hər davranışından düzlük, dürüstlük yağmalıdır.
Bəli, uşaqlarınızın sizin barənizdə “yalan danışdı”, “sözünə əməl eləmədi”, “dünya malına tamah saldı” kimi sözlər deməsinə və ya bu cür düşünməsinə qətiyyən yol verməməlisiniz. Onlar sizi daima isar[3] fəziləti ilə, əliaçıq, mömin, müsəlman, səbirli, xaşi,[4]iffətli görməli və bu cür tanımalıdır.
Tərbiyədə tədricilik
Uşaq ona lazım olanları bilməli, lazım olmayanları isə öyrənməməlidir. Mənəviyyata dair yaşına uyğun dini, milli biliklərə yiyələnməli və yaşı-başı səviyyəsində faydalı biliklərlə “doymalıdır”. Bu mövzu haqqında növbəti fəsillərdə daha ətraflı bəhs açmağı düşünürük.
Uşaq dünyaya gələndə həkimlərə müraciət edib: “Bu həftə, bu ay hansı qidalar verməliyik?,” – deyib qidanı rejimə saldığımız kimi, tərbiyə məsələsində də “Beş yaşında uşağım var, nə edim?” “On yaşında uşağım var, nə etməliyəm?” “On beş yaşında uşağım var, nə edim?” kimi suallarla mütəxəssislərlə məsləhətləşməli və hər məsələni onların tövsiyələri ilə həll etməyə çalışmalıyıq.
Bəli, hər bir ana və ata mütəxəssislərə müraciət edərək müvafiq “resept” almalı, uşağını həmin “resept”dəki qaydalara uyğun tərbiyə etməyə çalışmalıdır. Uşaq ibtidai təhsili geridə qoyubsa, ona dəlilsiz, sübutsuz Allah varlığından danışmaq bəzən Allahı (c.c.) inkar etdirməkdən başqa bir işə yaramır. Bəlkə də, bu məsələdə dini biliklər və bir az da elmin fəlsəfəsi müştərək şəkildə çatdırılmalıdır ki, bir nəticə hasil olsun. Amma uşağınıza ibtidai sinifdə oxuyanda fəlsəfə dərsi verməyə başlasanız, onun beynini tamamilə qarışdırmış olarsınız. Ona görə də bir həkim kimi uşağın səviyyəsini, zamanın tələbatını, mədəni mühiti yaxşı bilməyə və buna uyğun biliklər verməyə məcburuq.
Şeytanı sevindirən xəbər (Hekayə)
Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.
“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” – deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.
Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.
Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?