13. 547 dəfə oxunub ,   2 şərh   Çap et

Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycanda çörəkotu və ya qara zirə olaraq tanınır. Çörəkotu bitkisi Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiya və Ərəbistan yarımadasında bitir. Təxminən 40 santimetr boyunda, gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən çörəkotu xalq arasında müxtəlif adlarla məşhurdur. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa şəfalı bitki kimi istifadə olunur. Çörəkotu xoş qoxuya malik olduğuna görə bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə edilir. Çörəkotu toxumunun su və yağının böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu sübut edilmişdir. Bu bitkinin yağından bəzi dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunur.

Tərkibi və faydaları haqqında aparılan elmi araşdırmaların sayı son illərdə daha da artmışdır. Çörəkotun tərkibində təxminən 20% zülal, 40% karbohidrat, 35% də nəbati yağlar mövcuddur.

Bu bitkinin xəstəliklərə dərman olması, tərkibindəki efir yağlarından qaynaqlanır. Əsas təsir edici maddə timokinondur. Bu maddə ilk olaraq əl-Dakhakhani tərəfindən 1960-cı ildə kəşf edilmişdir. Timokinon üzərinə aparılan elmi araşdırmalar, onun antioksidant, iltihab və xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu təsbit edilmişdir.  

Çörəkotu toxumunun kimyəvi tərkibi bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində təqribən 60 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin əsası olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var.

Bundan əlavə çörəkotu şəkər xəstəliyi, artrit (oynaq iltihabı) və astma kimi xəstəliklərdə də simptomları sağaltma xüsusiyyətinə malikdir. Laboratoriyda heyvanlar üzərində aparılan təcrübələr timokinonun şəkər xəstəliyi zamanı qandakı qlükoza səviyyəsinin aşağı salınmasına və insulin miqdarının artmasına, artrit xəstəliyində iltihablanmanın və ağrıların azalmasına, astma xəstəliyində bronxlarda iltihablanmanın azalmasına səbəb olduğu müşahidə edilmişdir. Bunlardan başqa timokinon, ürəyə zərər verən kimyəvi maddələrlə birlikdə siçanlara verildikdə həmin maddələri zərərini azaltdığı müşahidə edilmişdir. Çörəkotunun uçucu yağ turşularının bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.

Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikroorqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.

Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.

Timokinonun mühüm xüsusiyyətlərindən biri də xərçəng xəstəliyi əleyhinə təsirnin olmasıdır. Məlumdur ki, xərçəng ürək-damar xəstəliklərindən sonra ölümə ən çox səbəb olan xəstəlikdir. Xərçəng xəstəliyini qısaca belə izah edə bilərik;

Bədənimizdəki bütün orqanlar hüceyrələrdən ibarətdir. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. Hüceyrəni yalnız mikraskopla görmək mümkündür. Sağlam bədən hüceyrələrinin (əzələ və sinir hüceyrələri xaric) bölünmək xüsusiyyəti var. Hər bir yeni hüceyrə ana hüceyrənin bölünməsi nəticəsində əmələ gəlir. Hüceyrələr yaranır, inkişaf edir və ölürlər. Bütün bu proseslər müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da, orqanizm tərəfindən birbaşa nəzarət olunur.  Xərçəng xəstəliyi zamanı isə tarazlıq pozulur. Tarazılığın pozulması nəticəsində, hər hansı bir orqanın müəyyən qrup hüceyrələri (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Nəticədə xərçəng şişi formalaşır. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalmasıdır. Bölünən xərçəng hüceyrələri yalnız olduqları yerdə qalmır, bədənin digər orqanlarına yayılaraq (metastaz) oralarda da nəzarətsiz çoxalmağa başlayırlar.

Timokinonun birbaşa xərçəng hüceyrələri üzərində sınaqdan keçirilmişdir. Nəticədə timokinonun süd vəzisi (döş), ağciyər, qalın bağırsaq, mədəaltı vəzi (pankreas), prostat, beyin şişi və qan xərçəngi hüceyrələrin nəzarətsiz çoxalmasına mane olduğu görülmüşdür. Eyni zamanda timokinonun xərçəng hüceyrələrini yox etmək və xəstəliyi zəiflətmək xüsusiyyəti də tibb elmində araşdırılır. Timokinon hüceyrə divarlarındakı Cycle D1 kimi siqnal ötürücü molekulları hədəf alaraq, nəzarətsiz hüceyrə bölünməsinin qarşısını alır. Beləcə nəzarətsiz və özbaşına bölünmə xüsusiyyətinə malik xərçəng hüceyrələrinin çoxalmasının qarşısı alınmış olur.

Timokinonun təsiredici başqa xüsusiyyəti isə, xərçəng hüceyrələrinin ölümünü sürətləndirməsidir. Bütün hüceyrələrdə, hüceyrələrin tabe olmaq məcburiyyətində olduğu apoptozis (proqramlı hüceyrə ölümü) siqnal mexanizmi var. Orqanizm vəziyyətə görə proqramlı hüceyrə ölümü mexanizmini işə salır. Virusa yoluxmuş hüceyrədən bədənin sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaq üçün proqramlı hüceyrə ölümü mexanizmi immunitet sistemi hüceyrələri tərəfindən aktivləşdirilir və hüceyrə özünü məhv edir. Həmin proqramlı hüceyrə ölümü mexanizmi (apoptozis) xərçəng hüceyrələrində yararsız hala düşür. Beləcə xərçəng hüceyrəsinə ötürülən “özünü məhv et!” əmri yerinə yetirilmir. Timokinon, xərçəng hüceyrələrindəki bu vəziyyəti əksinə çevirərək apoptozisə səbəb olan bcl-2survive kimi zülalları passivləşdirir və ya onların çoxalmasına mane olur.

Timokinonun xərçəng şişlərinə mane olan P53-ü və ona bağlı siqnal mexanizmini hərəkətə keçirdiyi də məlum olmuşdur. Xərçəng hüceyrələrinin bədəndə istifadə etdiyi mexanizmlərdən biri də iltihab baş verən yerdə yeni hüceyrələrin əmələ gəlməsini hərəkətə keçirən molekulyar mexanizmlərdir. Timokinonun orqanizmdəki bu mexanizmin zədələnməsinə mane olduğu da sübuta yetirilmişdir.

Siçanlar üzərində aparılan araşdırmalarda uşaqlıq boyu (serviks) xərçənginin müalicəsində istifadə edilən kimyaterapiya[1] müalicədə istifadə edilən sisplatindən timokinonun daha təsirli olduğu görülmüşdür. Bu xərçəng xəstələrin yalnız 4%-i hemoterapiya ilə istənilən səviyyəyə cavab verərsə, beş illik ən uzun periodu keçə bilirlər. Bu səbəblə timokinonun pankreas xərçənginə təsiri diqqət çəkicidir.

Başqa bir təcrübədə pankreas (mədəaltı vəzi) xərçəngində timokinon kimyaterapiya dərmanları ilə birlikdə istifadə edildikdə daha effektiv fayda əldə edilmişdir.

Bağ toxuması, sümük, epitel toxuması, ağciyər və mədə xərçəngi üzərində aparılan tədqiqatlarda da timokinonun müalicə edici təsirləri görülmüşdür.

Qara zirənin müxtəlif xərçəng növlərinə təsiri göstərməsi və bunun icra prosesi insanı heyrətləndirən bir həqiqətdir.

Qəribədir ki, aparılan elmi araşdırmalarla timokinonun bu qədər faydalarının bilinməsinə baxmayaraq hələ də dərman vasitəsi kimi istifadə edilmir. Yəqin ki, dərman olaraq istifadəsi ancaq lazımi elmi araşdırmalar və testlərdən sonra mümkün olacaq. Hal-hazırda bu maddənin və onu ehtiva edən çörəkotu və yağının bu gün xərçəng xəstəliyinin müalicəsində preparat halına gətirilmiş forması yoxdur. Ancaq xəstə olmayan şəxslərin xərçəngdən qorunmaq üçün çörəkotu və yağından istifadə edə bilərlər. Bunu edərkən də bu sahənin mütəxəssislərinin tövsiyələrinə riayət etməli onlarla məsləhətləşməlidirlər.

Günümüzdə xərçəng hemoterapiyası üçün istifadə edilən dərmanların yarıdan çoxu təbii maddələrdən əldə edilir. Timokinonun da xərçəngin müalicəsində həlledici əhəmiyyətə malik olacağı gözlənilir. Ayrıca hemoterapiya dərmanlarının çox yüksək əks təsirləri timokinon kimi əlavə vasitələrlə azaldıla biləcəyi də unudulmamalıdır.

Allah Rəsulunun (s.ə.s), “Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.” ˗ sözü ilə bizə tövsiyə etdiyi çörəkotunu araşdırarkən Tibbi-nəbəvidə əsrlər öncə bildirilənlərə heyrət etməmək mümkün deyil.

Mənbələr
http://www.sizinti.com.tr/konular/ayrinti/kanser-ve-corek-otu-nisan-2014.html
– Woo CC, Kumar AP, Sethi G, Tan KH. Thymoquinone: potential cure for inflammatory disorders and cancer. Biochem Pharmacol. 83(4), 443-51 (2012).
– Mann J. Natural products in cancer chemotherapy: past, present and future. Nat Rev Cancer 2(2), 143-8 (2002).
– El-Dakhakhany M. Studies on the chemical constitution of Egyptian N. sativa L. seeds. Planta Med 11, 465–70 (1963).
– L.Filippo D’Antuono, Alessandro Moretti, Antonio F.S Lovato. Seed yield, yield components, oil content and essential oil content and composition of Nigella sativa L. and Nigella damascena L. Industrial Crops and Products 15(1), 59–69 (2002). 
– Howlader N, Noone AM, Krapcho M, Neyman N, Aminou R, Waldron W, Altekruse SF, Kosary CL, Ruhl J, Tatalovich Z, Cho H, Mariotto A, Eisner MP, Lewis DR, Chen HS, Feuer EJ, Cronin KA (eds). SEER Cancer Statistics Review, 1975-2009 (Vintage 2009 Populations), National Cancer Institute. Bethesda, MD 
– Buxari, Tibb 7; Müslim Səlam 89,; Tirmizi Tibb 5, 22.
[1]Kimyaterapiya dərman qəbulu vasitəsilə idarədən çıxaraq çoxalan və arzu olunmayan xərçəng hüceyrələrinin yox edilməsidir.  Cərrahi və şüa müalicəsi ilə (radioterapiya)  birlikdə şiş müalicəsinin çox mühüm hissəsidir. edilməsidir. 



2 şərh yazılıb
  1. Xəstə Qasım , 10/06/2014 tarixində, saat 19:06

    Salam. Mənim 60 yaşım var. Mən Rusiyada prostat xərçəngindən (bədxassəli) 3 ildir əməliyyat olmuşam. Aralıqla PSA qan analizi verirəm. Analizin son göstəricisi 0,378- dir. Mənə kimyəvi və yaxud şüa ilə müalicə almam gərəkliyini söyləyirlər. Çörəkotu yağından istifad etsəm bir faydası ola bilərmi.

    • meneviyyat.az , 14/06/2014 tarixində, saat 13:06

      Bu mövzuda həkimizinlə məsləhətləşin. Biz təbabətçi olmadığımızdan sizə məsləhət verməyimiz doğru deyil.

Şərh yaz