Sual: Xəstə qohumumu ziyarət etməsəm günah qazanaram? Xəstəni ziyarət edərkən nələrə diqqət edilməlidir?
Cavab: Xəstələri ziyarət etmək sünnətdir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.
Rəsuli-Əkrəm xəstə ziyarəti zamanı əlini xəstənin alnına qoyar, onun əlini əlinin içinə alar, şəfqətlə halını soruşar, sağ əlini xəstənin ağrıyan yerinə çəkər, sonra da iki dəfə “Lə bəsə tahirun inşallah, – Zərər verməz. Tərtəmizdir (bir şey yoxdur), inşallah” − buyurar və dua edərdi. Bəzən də “İnsanların Rəbbi olan Allahım! Bu iztirabı aradan qaldır! Şəfa verən Sənsən. Səndən başqa heç kim şəfa verə bilməz!” – buyurardı. Buna bənzər bir sıra duaları yeri gəldikcə verəcəyik.[1]
Yaşamasından ümid kəsilən xəstəyə isə kəlmeyi-tövhid (Lə iləhə ilallah) təlqin edilməlidir.[2] Xəstənin yanında daima xeyirli və gözəl şeylər danışılır. Bəzi rəvayətlərə görə, “Yasin” surəsi oxunur. Rəsulullah xəstənin dini mənsubiyyətinə fərq qoymamış, müsəlman, qeyri-müsəlman – hər bir xəstəni ziyarət etmişdir. Xəstə ziyarəti müsəlmanın vəzifəsidir. Çünki Rəsulullah möminləri bir vücudun üzvlərinə bənzətmiş, müsəlmanların bir-birinin üstündəki 5 haqdan bəhs edərkən “xəstələnəndə baş çək”, “vəfat edəndə dəfninə get” buyurmuşdur”.[3]
Xəstə onu yoluxmağa gələnlər sayəsində özünü tək, ölüm qarşısında biçarə hiss etmir, ağrıları yüngülləşir, əhvali-ruhiyyəsi yaxşılaşır. Xəstə yatan şəxs gələnlərə şikayətlənməməli, təmkinli davranmalıdır. Qəhərlənmək, fəryad etmək, ölüm arzulamaq doğru deyildir. Xəstə xəstəliyini nə gizləməli, nə də şişirtməlidir. Ziyarətdə məqsəd xəstəyə tək olmadığını göstərmək, onu ümidləndirib həyat sevgisini artırmaqdır. Çünki xəstə psixologiyası ölümü düşünməyə meyillidir. Buna görə də ona hər ömrün bir gün sona çatacağını, bu vaxtı irəli və ya geri çəkməyin mümkün olmadığını demək, bu düşüncəni aşılamaq lazımdır. Xəstənin ürəyi istəyən şeyləri hədiyyə gətirmək ədəbdəndir. Xəstəyə baş çəkməklə kifayətlənməməli, tez-tez onun vəziyyətini yaxınlarından soruşmalıyıq.
Dinimiz sosial yardımlaşmağa böyük əhəmiyyət vermişdir. Xəstəyə baş çəkmək də sosial yardımlaşmanın bir hissəsidir.
“Allah qiyamət günü belə buyuracaq: “Ey Adəm övladı! Xəstələndim, Məni ziyarət etmədin”. Qul: “Aman ya Rəbbi, mən Səni necə ziyarət edə bilərdim?! Sən aləmlərin Rəbbisən”, – deyəcək. Allah da: “Filan qulum xəstələndi, sən ona baş çəkmədin. Onu ziyarət etsəydin, Məni onun yanında görərdin,” – buyuracaq… “Kim bir xəstəyə baş çəksə, göydən bir mələk: “Xeyirli bir iş gördün, gedişin xeyirli olsun. Özünə cənnətdə bir ev hazırladın”, – deyə səslənir”.[4]
Xəstə ziyarətində Allahdan şəfa, sağlamlıq diləmək, səbirli olmağı və dözməyi tövsiyə etmək, yaxşılaşacağını və xəstəliyin günahlara kəffarə olacağını söyləmək və israr etməzsə, çox oturmamaq ədəbdəndir. Ziyarət zamanı xəstə yanında “Fatihə”, “İxlas”, “Nas” surələrini oxumaq olar. Yaşamasından ümid kəsilən xəstəni gözəl sözlər deyib sevindirmək lazımdır. Onsuz da, Allahın hökmünü dəyişmək mümkün deyildir, heç olmasa xəstənin könlünü alaq. Xəstəni tövbə və vəsiyyət etməyə təşviq etmək lazımdır. “Vəsiyyət ediləsi bir şey ola-ola vəsiyyəti yazmadan iki gecə keçirmək Müsəlmana yaraşmaz”,[5] – buyurulur.” Sıxıntı, bəla və xəstəliyə məruz qalanın səbr etməyi yalnız Allahın köməyilədir”. (“Nəhl” surəsi, 16/127).
[1]Mealli dua mecmuası, səh., 172, 173
[2]Buxari, İstizan, 29
[3]Buxari, Libas, 36; İbn Macə, Cənaiz,1; Tirmizi, Ədəb, 1.
[4]Müslim, Birr, 13-40; Tirmizi, Cənaiz, 2; İbn Macə, Cənaiz, 3.
[5]Buxari, Vəsayə, 1.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…
Məlumudur ki, hal-hazırda dünyada koronovirus pandemiyası tüğyan edir. Hər gün bir çox insan dünyasını dəyişir. Başda ölkəmiz olmaqla bütün bəşəriyyətin bu təhlükədən xilas olması üçün hər kəsin üzərinə az və ya çox məsuliyyət düşür. İnanan insanlar olaraq bizlər də evdə boş oturmamalı, dua etməliyik.
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.
Qohum-əqrəbadan kimlərə baş çəkəcəyinizi bilin. Çünki silei-rəhm qohum-əqrəba arasında sevgiyə, mal-mülkdə bolluğa, ömrün uzanmasına səbəb olar.