Bir yeri ağrıyan şəxs əlini ağrıyan yerinə qoyub:
“Allahın adı ilə, Allahın adı ilə, Allahın adı ilə. (Bədənimdə) hiss etdiyim (ağrının) şərindən və bu qorxduğum acı və ağrıdan Allahın izzət və qüdrətinə sığınıram”.
Bu duanı oxuyub bitirəndən sonra əlini ağrıyan yerdən çəkib təkrar qoyaraq bir daha dua edir və bu şəkildə duanı yeddi dəfə təkrar edir.
Səhabələrdən Osman b. Əbil-As Saqafi deyir: “Vücudumda bərk ağrı var idi. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna getdim: “Sağ əlini ağrıyan yerə qoy və yeddi dəfə bu (yuxarıdakı) duanı oxu,” – dedi. Mən də dediyi kimi etdim, Allah da şəfa verdi”.[1]
[1]. Ebu Davud, Tıb, 19; Tirmizi, Tıb, 29, Daavat, 125; İbn Mace, Tıb, 36; Muvatta, Ayn, 9; Ahmed b. Hanbel, Müsned, IV, 2117, VI, 390
Zərəri yoxdur, inşallah (günahlarını) təmizləyər
Çəkdiyim bu ağrının şərindən Allaha və Onun qüdrətinə sığınıram