1. 598 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Cümə günü xütbə oxunarkən danışmağın hökmü nədir. İmam xütbədə dua edərkən “Amin” demək olarmı?

İslam alimləri, cümə namazı haqqında  hədisləri və Rəsulullahın (s.ə.s) tətbiqini əsas alaraq xütbə oxunarkən riayət edilməsi gərəkli qaydaları təyin etmişlər.

Xütbə oxunanda danışmağın doğru olmadığı hədislərdə açıq şəkildə bildirilmişdir. Səlman (r.a) Peyğəmbərimizdən (s.ə.s) nəql edir: “İmam danışdığı zaman hər kəs susar”-buyurdu. Başqa bir hədisdə isə: “Cümə günü imam xütbə oxuyarkən sən (yanındakı) yoldaşına “Sus (dinlə)” belə desən xəta etmiş olarsan.”-buyurur. (Buxari, Cuma, 35; Tirmizi, Salat, 368; Muvatta, Cuma, 6; Nəsəi, Cuma, 22). Hənəfi və şafii məzhəbi alimləri bu hədislərə əsaslanaraq zərurət olmadıqca xütbə əsnasında danışmağı məkruh; hənbəli və maliki alimləri isə haram qəbul etmişlər. (Kasani, Bədaius-sənai, II, 198; Şirbini, Muğnil-muhtac, I, 429-430). İmam Malik nəql edir ki: Bir nəfər Cümə günü imam xütbə oxuyarkən asqıran şəxsə “Yərhəmukəllah” deyir və daha sonra bu məsələni Səid ibn Müseyyibə soruşur. Mədinənin böyük alimi Səid isə cavabında “xütbə oxunarkən caiz deyil” və “Bir daha yapma!”- deyir. (Muvatta, Cümə, 10)

Alimlər, Rəsulullahın (s.ə.s.) tətbiqini göz önündə tutaraq imamın xütbədə möminlərə dua etməsinin məndub və ya xütbənin rükünlərindən biri olduğunu qəbul etmişlər. (Kəsani, Bədaius-sənai, II, 196).

Nəticə olaraq deyə bilərik ki, imam xütbə oxuyarkən səssizcə xütbəyə qulaq asmaq lazımdır. Bu əsnada başqa işlərlə məşğul olmaq (məsələn telefonda mesajlara baxmaq və s.), danışmaq, söhbət etmək olmaz.

Allah Rəsulun (s.ə.s) adı çəkildiyi zaman səssizcə ona salavat gətirmək, imamın duasına “Amin” demək olar. Çünki salavat və duaya “Amin” demək danışıq sayılmır.  (Baxın: Kəsani, Bədaius-sənai, I, 264; İbn Abidin, Rəddul-muxtar, III, 35).

DİB “Fetvalar”- 2018 kitabından iqtibas edilmişdir.

 



Açar sözləri

cümə xütbə

Bənzər məqalələr

Cümə gününün sünnətləri

Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.

Xütbə oxunarkən namaz qılmaq olar?

Hənəfi məzhəbinə görə, cümə günü imam minbərdə xütbə oxuyarkən ilk sünnət və ya məscid salamlama (təhiyyətul-məscid) namazı qılmaq olarmı?

Cümə günü günortanı camaatla qılmaq

Sual: Cümə günü günorta namazını camaatla qılmaq olar?

Xütbəyə qulaq asmaq

Xütbəyə qulaq asmayanın cümə namazı keçərlidir?

Cümə namazı vaxtı alış-veriş etmək haramdırmı?

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”(Cümə, 62/9)


Şərh yaz